ABŞ Hərbi Hava Qüvvələri İngiltərənin cənub-qərbində yerləşən RAF Fairford aviabazasındakı hərbi mövcudluğunu gücləndirməyə davam edir, bu, mümkün İrana zərbələrə hazırlıq məqsədi daşıyır.
Musavat.com xəbər verir ki, The Guardian qəzeti bazaya göndərilən aviasiya texnikası barədə məlumat yayıb. Bildirilir ki, bazaya bazar günü iki ədəd ABŞ-ın Boeing C-17 Globemaster yük təyyarəsi gəlib.
Qəzetin məlumatına görə, təyyarələr strateji B-1 Lancer bombardmançıları üçün sursat və ehtiyat hissələri gətirib. Əvvəlki günlərdə, cümə və şənbə günləri isə bazaya dörd B-1 təyyarəsi köçürülmüşdü.
Məlumatda qeyd olunur ki, bu hərbi addımlar ABŞ-ın regiondakı əməliyyat imkanlarını artırmaq və İrana qarşı planlaşdırılan zərbələrə hazırlıq məqsədini güdür.
Musavat.com