EN

Şıxəli Qurbanov küçəsində səkinin təmiri işləri niyə aylardır yekunlaşmır?VİDEO

Səkidə aparılan işlər aylardır yekunlaşmaq bilmir...

"Xəzər Xəbər"in qaynar xəttinə müraciət edən sakinlər belə iddia edirlər. Onların sözlərinə görə, paytaxtın Yasamal rayonu, Şıxəli Qurbanov küçəsində aparılan işlər xeyli müddətdir davam etsə də, yekunlaşmır.

Bu yoldan mütəmadi istifadə edən sakinlər hətta işlərin bir müddət ümumiyyetle dayandırıldığını bildirdiler.

Sakinlərin bəziləri isə işlərin yubanmasını anlayışla qarşıladıqlarını dedilər.

Çəkiliş zamanı ərazidə işlərin aparıldığını müşahidə etdik. Burada çalışanların sözlərinə görə, artıq təxminən 4 aydır ki, ərazidə işlər davam edir. Bildirildi ki, səbəb yaxınlıqdakı çoxmərtəbəli binaya yüksək gərginlikli elektrik xətlərinin buradan çəkilməsidir.

O da qeyd edildi ki, hazırda işlər demək olar, tamamlanmaq üzrədir və yaxın bir neçə gün ərzində yekunlaşacağı gözlənilir.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir. 

Chosen
132
1
xezerxeber.az

2Sources