EN

Pakistan: Əfqanıstanın hərbi itkiləri 583-ə çatdı

BAKI, 8 mart. TELEQRAF

Pakistan hökuməti bildirib ki, Əfqanıstanın hərbi qüvvələrinin itkiləri son döyüşlərdə 583-ə çatıb, 795-dən çox əsgər yaralanıb.

Teleqraf xəbər verir ki, bu barədə Pakistanın informasiya və tele-radio yayımı naziri Attaulla Tarar "X" sosial şəbəkəsində açıqlama verib.

Nazir qeyd edib ki, əməliyyatların başlanmasından bəri Pakistan hava qüvvələri qonşu ölkədə 64 obyekti vurub, ordu 242 Əfqan bloku məhv edib və 38 blok nöqtəsini nəzarətə götürüb. Bundan əlavə, Pakistan Silahlı Qüvvələri 213-dən çox düşmən zirehli texnikasını məhv edib.

Chosen
101
3
teleqraf.com

4Sources