EN

İran yeni ali lideri

İranın yeni ali rəhbərinin soyadı ölkənin keçmiş dini lideri Əli Xameneidə olduğu kimi qalacaq.

Publika.az “Al Hadath” telekanalına istinadla xəbər verir ki, bu barədə İran Ekspertlər Şurasının üzvü məlumat verib.

"Biz yeni lideri seçdik... Xamenei soyadı yeni ali rəhbərdə də qalacaq", - deyə o bildirib.

Martın 8-də Ekspertlər Şurasının üzvü Məhəmməd-Mehdi Mirbaqeri İranın ali rəhbərinin seçilməsi ilə bağlı konsensusun əldə olunduğunu bəyan edib. O qeyd edib ki, son günlər şura üzvləri namizədi müəyyənləşdirmək üçün maksimum səy göstəriblər. Onun sözlərinə görə, nəticədə qəti və yekdil rəy formalaşıb.

İran və Qərb mediası, ABŞ və İsrailin İrana hücumları nəticəsində həlak olan Əli Xameneinin oğlu, 56 yaşlı Müctəba Xameneini ölkənin ali rəhbəri postuna əsas namizəd kimi qeyd edirlər.

Chosen
89
46
publika.az

10Sources