EN

Kansas-Sitidə hava limanı təhlükə səbəbindən boşaldılıb

BAKI, 8 mart. TELEQRAF

Missuri ştatının Kansas-Siti beynəlxalq hava limanında potensial təhlükə səbəbindən sərnişinlər və işçilər təxliyyə edilib.

Teleqraf xəbər verir ki, bu barədə yerli "Fox News" bölməsi məlumat yayıb.

Hazırda təhlükənin səbəbi dəqiqləşdirilməyib, hadisə yerində Federal Təhqiqat Bürosu (FBI) əməkdaşları çalışır. Hava limanına bütün giriş yolları bağlanıb.

Chosen
100
teleqraf.com

1Sources