EN

Şəmkirdə qəza oldu, bir ailənin 5 üzvü yaralandı Adları (YENİLƏNİB)

Unikal.az saytına istinadən ain.az xəbər verir.

Şəmkirdə baş vermiş qəzada yaralananların adları məlum olub. 

"Unikal" xəbər verir ki, xəsarət alanlar 1994-cü il təvəllüdlü Ü.Zeynalova, 2011-ci il təvəllüdlü R.Zeynalov, 1994-cü il təvəllüdlü T.Zeynalov, 1991-ci il təvəllüdlü R.Zeynalov və 2005-ci il təvəllüdlü R.Nağıyevadır.

Xatırladaq ki qəzaya düşənlər bir ailənin üzvləri olub.Onlar toydan qayıdanda qəzaya düşüblər.

*** 20:54

Şəmkirdə 5 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Unikal"ın məlumatına görə, hadisə Bakı-Qazax magistral yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınıb. Hərəkətdə olan "Nissan" markalı minik avtomobili idarəetmədən çıxaraq yol kənarına aşıb. Qəza zamanı 5 nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Avtomobilin

Hadisə yerinə polis əməkdaşları cəlb edilib.

Faktla bağlı araşdırma aparılır.

Tural Əhmədov

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
118
unikal.az

1Sources