EN

Təzyiqinizi səssizcə yüksəldən səhər vərdişi

Demokrat.az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Qəhvə sevənlər üçün bu içkinin sağlamlığa təsiri hər zaman maraq doğuran mövzudur. Kardioloq Denis Sokolovun sözlərinə görə, bir fincan qəhvə bəzi insanlarda arterial təzyiqin yüksəlməsinə səbəb ola bilər.Demokrat.az bildirir ki, həkimin sözlərinə görə risk qrupuna əsasən yaşlı insanlar və hipertoniyadan əziyyət çəkənlər daxildir. Bundan başqa, orqanizmində kofeini yavaş parçalayan və nadir hallarda qəhvə içən insanlar da həssaslıq göstərə bilər. Müntəzəm qəhvə içənlərdə isə zamanla orqanizm buna öyrəşdiyi üçün təzyiqdə ciddi dəyişikliklər nadir hallarda müşahidə olunur.Kardioloq qeyd edir ki, sağlam və gənc insanlarda da güclü qəhvədən sonra qısamüddətli təzyiq artımı ola bilər. Bu təsir adətən zəif olur və 20-40 dəqiqə ərzində keçib gedir. Maraqlı faktlardan biri də qəhvənin hazırlanma üsuludur. Məsələn, frenç-press kimi vasitələrlə uzun müddət dəmlənən təbii qəhvənin tərkibində həll olunan qəhvəyə nisbətən daha çox kofein olur.Mövzu ilə bağlı stomatoloqların da öz xəbərdarlıqları var. Qəhvənin tərkibindəki maddələr diş minasını rəngləndirə bilər. Xüsusilə mina qatı məsaməli olan insanlar bu cür estetik problemlərlə daha tez qarşılaşırlar. Görünür, sevimli içkini istehlak edərkən həm ürək-damar sisteminin vəziyyətini, həm də dişlərin qorunmasını nəzərə almaq hər zaman faydalıdır.İsmayıl

Demokrat.az

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
128
demokrat.az

1Sources