EN

Xameneinin varisi açıqlandı

ain.az, Azvision portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

AzVision.az “Reuters”ə istinadən xəbər verir ki, bu barədə ruhanilər şurasının üzvü Hüseynəli Eşkevari məlumat verib. O bildirib ki, "Xamenei adı davam edəcək". Eşkevarinin sözlərinə görə, “səsvermə baş tutub və nəticə tezliklə elan ediləcək”. İran dövlət mediasına açıqlama verən din xadimi Əhməd Aləmulxuda bildirib ki, nəticəni ruhanilər şurasının katibi Hüseyni Buşəhri elan edəcək. Bu arada, ABŞ Prezidenti Donald Trump Vaşinqtonun da bu məsələdə mövqeyinin nəzərə alınmalı olduğunu bildirib. O, ABC News telekanalına açıqlamasında deyib: “Əgər yeni rəhbər, bizim təsdiqləmədiyimiz biri olarsa, hakimiyyətdə uzun müddət qala bilməyəcək”. Qeyd edək ki, İran Ekspertlər Məclisi Ali Rəhbərin varisi ilə bağlı razılığa gəlindiyini açıqlamışdı. Ancaq onun kimliyi barədə məlumat verilməmişdi. Röya Əliyeva

AzVision.az Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
91
1
azvision.az

2Sources