EN

Azərbaycanın cüdo millisi Qran prini dörd medalla tamamladı

Oxu.az saytından alınan məlumata görə, ain.az bildirir.

Avstriyanın Lints şəhərində keçirilən cüdo üzrə Qran-pri turniri başa çatıb.

Oxu.Az xəbər verir ki, Azərbaycan beynəlxalq yarışı dörd medalla tamamlayıb.

Mübarizənin son günündə Camal Qamzatxanov bürünc mükafata yiyələnib.

+100 kq çəki dərəcəsində çıxış edən cüdoçumuz üçüncü yer uğrunda qarşılaşmada Gürcüstan təmsilçisi İrakli Demetraşvili üzərində əzmkar qələbə qazanıb.

Xatırladaq ki, daha əvvəl Ruslan Paşayev (66 kq) qızıl, Vüsal Qələndərzadə (81 kq) gümüş, Ömər Rəcəbli (81 kq) isə bürünc medala yiyələniblər.

Yekunda bir qızıl, bir gümüş və iki bürünc medal əldə edən milli komandamız 59 ölkə arasında ümumi hesabda üçüncü, kişilərin yarışında isə birinci yeri tutub.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
98
11
oxu.az

10Sources