ain.az, Axar.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Çinin xarici işlər naziri Van Yi qlobal qeyri-sabitlik və İrandakı münaqişə fonunda Pekinin qlobal sülhün təminatçısı olduğunu bildirib.
Axar.az xəbər verir ki, bu barədə CNN qeyd edib.
İrandakı müharibəni şərh edən nazir Çinin münaqişənin dünya nizamında dağıdıcı nəticələr yaradacağından narahat olduğunu bildirib.
“Heç vaxt müharibə olmamalı idi və bu, heç kimə fayda gətirməyəcək. Bütün tərəflər danışıqlar masasına mümkün qədər tez qayıtmalı və fikir ayrılıqlarını bərabərhüquqlu dialoq yolu ilə həll etməlidir”, - deyə o qeyd edib.
Diplomat vurğulayıb ki, Çin dünyada sülh, sabitlik və ədalətin ən mühüm qüvvələrindən biridir.
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.