EN

KİV: İrana qarşı əməliyyat Avropaya ABŞ dən daha çox iqtisadi zərər vurur

ain.az, Oxu.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

ABŞ və İsrailin İrana qarşı hərbi əməliyyatı nəticəsində Avropa və Asiya ölkələri ABŞ ilə müqayisədə daha böyük iqtisadi zərər görür.

Oxu.Az-ın verdiyi xəbərə görə, bu barədə "The Washington Post" qəzetində dərc olunan məqalədə bildirilir.

Qeyd olunur ki, müharibənin iqtisadi təsiri təkcə Hörmüz boğazından keçən neft və qaz tədarükü ilə məhdudlaşmır. Münaqişə zonasında, o cümlədən Dubayda bir neçə beynəlxalq hava limanının bağlanması beynəlxalq yük aviasiya daşımalarının təxminən beşdəbirinin dayanmasına səbəb olub və məişət elektronikası, dərman preparatları və qiymətli metalların tədarükündə fasilələr yaradıb. Münaqişənin başlanmasından sonra Asiyadan Avropaya hava yükdaşımalarının qiyməti 45% artıb.

Müharibə Avropa və Asiya iqtisadiyyatlarına ABŞ ilə müqayisədə daha sürətli və daha güclü təsir göstərir. Ən ciddi nəticələr isə Hörmüz boğazından enerji tədarükündən daha çox asılı olan Belçika, Hindistan, İtaliya, Çin və Cənubi Koreya kimi ölkələrdə hiss olunur.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
109
2
oxu.az

3Sources