EN

Putin Ukraynaya qarşı döyüşən azərbaycanlıları Bakıya verməyəcək

Prezident Vladimir Putin Rusiya Silahlı Qüvvələri tərkibində Ukraynaya qarşı hərbi əməliyyatlarda iştirak edən şəxslərin xarici ölkələrə ekstradisiyasından imtina edən qanunu imzalayıb.

Bizim.Media xəbər verir ki, sənəd rəsmi hüquqi informasiya portalında dərc edilib.

Yeni qaydalara əsasən, hazırda Rusiya Silahlı Qüvvələrinin tərkibində və digər hərbi birləşmələrdə müqavilə əsasında xidmət edən və ya xidməti başa vuran, eləcə də döyüş əməliyyatlarında iştirak edən xarici vətəndaşları və vətəndaşlığı olmayan şəxslər ekstradisiya edilməyəcək.

VÉ™tÉ™ndaÅŸlarımızın diqqÉ™tinÉ™ çatdırılır ki, hÉ™r hansı bir ideoloji, maddi, ÅŸÉ™xsi vÉ™ sair maraqdan asılı olmayaraq, AzÉ™rbaycan Respublikasının qanunvericiliyi ilÉ™ nÉ™zÉ™rdÉ™ tutulmayan silahlı birləşmÉ™lÉ™rdÉ™ iÅŸtirak etmÉ™k cinayÉ™t hesab edilir”, - deyÉ™ rÉ™smi açıqlamada bildirilmiÅŸdi.

Artıq bu növ fəaliyyətlərlə məşğul olan bir neçə vətəndaşımız barəsində Azərbaycan Respublikasının aidiyyəti hüquq-mühafizə orqanları tərəfindən cinayət işləri başlanılıb və bəzi işlər üzrə ibtidai istintaq tamamlanaraq baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndərilib və təqsiri sübuta yetirilən şəxslər barəsində müvafiq hökmlər çıxarılaraq həmin şəxslər uzunmüddətli azadlıqdan məhrum etmə cəzalarına məhkum ediliblər. Bu kateqoriyadan olan digər cinayət işləri üzrə isə hazırda ibtidai istintaq davam etdirilir.

Bizim.Media

Chosen
101
3
bizim.media

4Sources