Meteorit parçaları Almaniyanın cənub-qərbindəki Reynland-Pfalts federal ərazisində evlərin damlarına və yaşayış binalarına ziyan vurub.
Publika.az xəbər verir ki. bu barədə DPA ağentliyi polis sözçüsünə istinadən məlumat verib.
Məlumata görə, Hunsrück və Ayfel bölgələrində, eləcə də Koblenz şəhərində ziyan qeydə alınıb. Koblenzin Güls rayonunda isə meteoritin qızmar parçası yerli vaxtla saat 19:00 radələrində yaşayış binasının damına düşüb.
Xəsarət alan olmayıb. Yanğınsöndürənlər və polis əməkdaşları hadisə yerində işləyirlər.