Yaponiya mediasının məlumatına görə, Yaponiya 3000 km-ə qədər mənzilli hipersəs HVGP raketləri və 1000 km-ə qədər məsafədəki hədəfləri vura bilən gizli Type-12 raketləri də daxil olmaqla, uzun mənzilli silahlar yerləşdirməyə başlayıb.
Bundan əlavə, Tokio dəniz qüvvələrini esminetslərdəki Amerika Tomahawk raketləri ilə gücləndirir və peyklərlə kosmik imkanlarını genişləndirir ki, bu da ölkənin adalarından çox kənarda yerləşən hədəfləri vurmasına imkan verir.
Ötən ilin dekabr ayında Bloomberg Yaponiyanın Tayvanın yaxınlığında yerləşən Ryukyu adalarında raket batareyaları, radar qüllələri və sursat saxlama yerləri yerləşdirməklə hərbi mövcudluğunu artırmağa başladığını bildirmişdi. Tokio həmçinin adalara F-35 qırıcı təyyarələri və uzun mənzilli raketlər yerləşdirməyə başlayıb və orada amfibiya sürətli yerləşdirmə briqadasını genişləndirib.
Əziz Mustafa