EN

İran müharibəsindən Avropa və Asiya ABŞ-dan daha çox zərər görür

ABŞ və İsrailin İrana qarşı hərbi əməliyyatından Avropa və Asiya ölkələri ABŞ-dan daha çox iqtisadi ziyan çəkir.

Musavat.com xəbər verir ki, "The Washington Post" qəzetində dərc olunmuş məqalədə bu qənaətə gəlinib. Materialda vurğulanır ki, "müharibənin iqtisadi itkiləri adətən Hörmüz boğazından keçən qaz və neft daşımalarından daha çoxdur": "Münaqişə zonasında, o cümlədən Dubayda bir neçə beynəlxalq hava limanının bağlanması "beynəlxalq hava yük daşımalarının təxminən beşdə birini dayandırıb və istehlakçı elektronikası, əczaçılıq məhsulları və qiymətli metalların daşınmasını pozub".

San-Fransiskoda yerləşən "Flexport" logistika şirkətinin baş direktoru Rayan Petersonun hesablamalarına görə, münaqişənin başlanğıcından bəri Asiyadan Avropaya hava yüklərinin daşınmasının dəyəri 45 faiz artıb. Petersonun sözlərinə görə, Asiyadan ABŞ-a bu cür daşımaların dəyəri bu məbləğin yarısı qədər artıb: "Müharibə Avropa və Asiya iqtisadiyyatlarına ABŞ-dan daha çox və daha sürətli zərbə vurur".

Nəşrin qiymətləndirməsinə görə, "Hörmüz boğazından neft və qaz tədarükündən ən çox asılı olan Belçika, Hindistan, İtaliya, Çin və Cənubi Koreya kimi iqtisadiyyatlar hazırda ən ciddi təsirləri hiss edir".

Musavat.com

 

Chosen
81
2
musavat.com

3Sources