EN

Regionlarda hava necədir?

Azərbaycanda bu gün müşahidə olunan faktiki hava şəraiti açıqlanıb.

NOCOMMENT.az xəbər verir ki, paytaxt Bakıda hava əsasən buludlu olub, bəzi ərazilərdə arabir yağış müşahidə edilib. Havanın temperaturu 6–8°C təşkil edib.

Regionlarda isə hava əsasən yağıntılı keçib. Qərb bölgələrində – Gəncə, Qazax, Şəmkir və Tovuz ərazilərində yağış, bəzi yerlərdə sulu qar müşahidə olunub. Bu rayonlarda temperatur +5…+8°C təşkil edib.

Şimal və şimal-qərb rayonlarında – Quba, Qusar, Şəki, Zaqatala və Qax ərazilərində yağış, yüksək dağlıq ərazilərdə qar və bəzi yerlərdə duman müşahidə olunub. Temperatur +4…+7°C civarında olub.

Qarabağ və dağlıq ərazilərdə – Şuşa, Kəlbəcər, Laçın və Daşkəsən rayonlarında qar və qarla qarışıq yağış qeydə alınıb. Bu ərazilərdə temperatur -3…+2°C təşkil edib.

Aran rayonlarında – Yevlax, Bərdə, Sabirabad və İmişli ərazilərində yağışlı hava üstünlük təşkil edib, temperatur +6…+9°C olub.

Cənub bölgəsində – Lənkəran, Astara, Masallı və Lerik ərazilərində yağış, dağlıq yerlərdə isə qar müşahidə edilib. Bu bölgədə temperatur +5…+8°C təşkil edib.

Naxçıvan Muxtar Respublikasında isə qar və yağıntılı hava qeydə alınıb, temperatur -2…+3°C civarında olub.

Chosen
96
nocomment.az

1Sources