Azərbaycan Premyer Liqasının XXIII turunda “Neftçi” doğma meydanda “Turan Tovuz”u qəbul edir.
İdmanxeber.az-ın məlumatına görə, oyun öncəsi “ağ-qaralar”ın heyətində cəzalı futbolçu var. Mustafa Sek Tovuz klubuna qarşı forma geyinə bilməyəcək.
Zədəli olan Falaye Sako isə bir neçə gündür komanda ilə məşq edir. Onun bugünkü matçda oynayıb-oynamayacağına baş məşqçi Yuri Vernidub qərar verəcək.
Tovuz klubu isə oyuna tam heyətlə hazırlaşıb. Komandada cəzalı və ya zədəli futbolçu yoxdur.
“Neftçi” – “Turan Tovuz” qarşılaşması bu gün saat 20:30-da start götürəcək.