EN

Qomesin rekorduna şərik çıxdı

Dəniz Undav Almaniya çempionatında məhsuldar çıxışını davam etdirir.

"Football-plus.az" xəbər verir ki, Bundesliqanın 25-ci turunda səfərdə “Maynts”ın qonağı olan “Ştutqart”ın oyunçusu həm qol vurub, həm də məhsuldar ötürmə edib. Bu, hücumçunun bundesliqa karyerasında eyni matçda həm qol, həm məhsuldar ötürmə etdiyi 9-cu oyun olub.

Dəniz bu göstərici ilə Mario Qomesin rekordunu təkrarlayıb. Qomes də karyerası ərzində 9 dəfə belə dubla imza atıb.

Qeyd edək ki, matç 2:2 hesablı heç-heçə ilə nəticələnib.

Chosen
62
1
football-plus.az

2Sources