EN

Xızı dağlarında üç əcnəbi köməksiz qaldı XİLASEDİLMƏ GÖRÜNTÜLƏRİ

ain.az, Oxu.az portalına istinadən məlumat yayır.

Güclü yağıntılar səbəbindən Xızı rayonunun Fındığan kəndi yaxınlığında dağlıq ərazidə üç nəfər avtomobildə köməksiz vəziyyətdə qalıb.

Oxu.Az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.

Xızı dağlarında üç əcnəbi köməksiz qaldı - XİLASEDİLMƏ GÖRÜNTÜLƏRİ

Məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Siyəzən Rayon Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən-xilasediciləri çağırış üzrə cəlb olunublar.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, içərisində üç nəfər xarici ölkə vətəndaşının olduğu "Toyota Prado" markalı minik avtomobili yoldan çıxıb palçıqda batıb və vətəndaşlar köməksiz vəziyyətdə qalıblar.

Xilasedicilər xüsusi təyinatlı nəqliyyat vasitəsilə vətəndaşları təhlükəsiz əraziyə təxliyə ediblər.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
89
21
oxu.az

10Sources