EN

Meteorid 4 bölgədə binaları dağıtdı

Lent az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Almaniyanın cənub-qərbində yerləşən Reynland-Pfalz federal torpağında meteoridin fraqmentləri evlərin damlarına və yaşayış binalarına ziyan vurub.

Lent.az xarici KİV-ə istinadla bildirir ki, hadisələr Hunsrük, Ayfel bölgələrində və Koblens şəhərində qeydə alınıb. Gyuls rayonunda isə qızmış səma cismi yaşayış evinin damına düşüb. 

Hadisə nəticəsində xəsarət alan olmayıb. Hadisə yerində yanğınsöndürənlər və polis işləyir. Hüquq-mühafizə orqanları təhlükənin artıq aradan qalxdığını bildiriblər.

Beş federal torpaqdan olan şahidlər “alovlu iz buraxan parlaq işıqlı obyekt” gördüklərini bildiriblər. Ziyanın miqyası isə hazırda dəqiqləşdirilir.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
96
lent.az

1Sources