EN

🇦🇿🇮🇷 Azərbaycanla İran arasında yüklərin daşınması məqsədilə giriş-çıxış bərpa olunub » AzadMedia.az

🇦🇿🇮🇷

Azərbaycanla İran arasında yüklərin daşınması məqsədilə giriş-çıxış bərpa olunub

Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında dövlət sərhədindən bütün növ nəqliyyat vasitələri üçün yüklərin daşınması məqsədilə giriş-çıxış (o cümlədən tranzit məqsədilə giriş-çıxış) bu gün saat 10:00-dan etibarən bərpa olunub.

Bu barədə Nazirlər Kabinetinin mətbuat xidmətindən bildirilib.

Qeyd edək ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2026-cı il 5 mart tarixli 66 nömrəli Qərarına əsasən Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında dövlət sərhədindən bütün növ nəqliyyat vasitələri üçün yüklərin daşınması məqsədilə giriş-çıxış (o cümlədən tranzit məqsədilə giriş-çıxış) müvəqqəti olaraq dayandırılmışdı.

Chosen
107
22
azadmedia.az

10Sources