Dünyaca məşhur pop ulduzu Rihannanın ABŞ-də yerləşən evinə silahlı hücum təşkil olunub.
Hakimiyyet.az xəbər verir ki, hadisə Los Angeles şəhərində baş verib.
Rəsmi qurumların məlumatına görə, dünən yerli vaxtla saat 13:15-də daxil olan çağırışdan sonra polis əməkdaşları hadisə yerinə göndərilib. Qısa müddət sonra hücumla əlaqəli olduğu düşünülən şübhəli şəxs saxlanılıb.
Hücum nəticəsində xəsarət alan olmayıb. “Los Angeles Times” qəzetinə danışan hüquq-mühafizə mənbəsi hücum zamanı müğənninin malikanədə olduğunu qeyd edib.
Polisin məlumatına görə, 30 yaşlarında olduğu bildirilən qadın şübhəli avtomobillə evin qarşısında dayanıb və yeddi dəfə atəş açdıqdan sonra hadisə yerindən uzaqlaşıb. Daha sonra şübhəlinin avtomobili müğənninin evindən təxminən 12 kilometr uzaqlıqda tapılıb.
Şübhəlinin kimliyi hələlik açıqlanmayıb və silahlı hücumun səbəbi araşdırılır.
Həmidə İbrahimova