EN

Ermənilər niyə məğlub Paşinyana səs vermək istəyirlər? - SORĞU

Beynəlxalq Respublikaçılar İnstitutunun  sorğular və tədqiqatlar mərkəzinin təşəbbüsü ilə Ermənistanda ictimai rəy araşdırması aparılıb. 

“Cebheinfo.az”-ın məlumatına görə, sorğunun nəticələri iyunun 7-də keçiriləcək parlament seçkilərində Baş nazir Nikol Paşinyanın liderlik etdiyi “Vətəndaş Müqaviləsi” partiyasının qalib gələcəyini göstərir.  

“Əgər gələn həftə parlament seçkiləri keçirilsəydi kimə səs verərdiniz” sualına respondentlərin cavab belə deməyə əsas verir. 

Sorğuda iştirak edənlərin 29 faizi “Vətəndaş Müqaviləsi” partiyasına səs vermək istədiyini bildirib.Məlumatlar 2026-cı il fevralın 3-dən 13-dək telefon sorğusu üsulu ilə toplanıb.

Vətəndaşlara həmçinin, ən çox güvəndikləri siyasi xadimin kim olduğu və ikinci ən etibarlı hesab etdikləri şəxsin kim olduğu barədə sual verilib.

Sorğunun nəticələrinə görə, yenə birinci yerdə Nikol Paşinyan qərarlaşıb. Respondentlərin 20 faizi Paşinyana etibar etdiyini deyib.

Onların 18 faizi bildirib ki, ən çox Nikol Paşinyana güvənir, 2 faiz üçün isə o, ikinci ən etibarlı şəxsdir.

Rusiyalı milyarder, hazırda həbsdə olan “Güclü Ermənistan” partiyasının lideri Samvel Karapetyan 10 faizlə ikinci yeri tutub. Respondentlərin 6 faizi ən çox ona güvəndiyini, 4 faizi isə onu ikinci ən etibarlı siyasətçi hesab etdiyini bildirib.

Sorğunun nəticələrinə görə, üçüncü yerdə 5 faizlik göstərici ilə eks-prezident Robert Köçəryan qərarlaşıb. Respondentlərin 3 faizi ən çox ona güvəndiyini, 2 faizi isə onu ikinci ən etibarlı siyasi xadim hesab etdiklərini deyiblər.

Dördüncü sırada 4 faiz səslə “Çiçəklənən Ermənistan” partiyasının sədri Qaqik Tsarukyan yer alıb. Respondentlərin 3 faizi ən çox ona etibar etdiyini, 1 faizi isə onu ikinci ən etibarlı siyasətçi saydığını bildirib.

Beşinci yerdə 4 faiz səslə Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanın adı çəkilir. Sorğuda iştirak edənlərin 2 faizi onu ən etibarlı, 2 faizi isə ikinci ən etibarlı şəxs hesab edib.

Daha sonra Aram Zaveni Sarkisyan, Alen Simonyan, Arman Tatoyan, Gurgen Simonyan və digərlərinin adları çəkilir.

Chosen
109
1
cebheinfo.az

2Sources