EN

“Biz şəhərdə idik, amma…” – Oğul Xameneinin seçimi ilə bağlı QALMAQALLI DETALLAR

İran Ekspertlər Şurasının üzvü, ayətullah Mohsen Heydari dövlət televiziyasına verdiyi açıqlamada yeni İran Ali Rəhbərinin seçilməsi ilə bağlı qalmaqallı detallarını açıqlayıb.

NOCOMMENT.az xəbər verir ki, onun sözlərinə görə, bəzi Ekspertlər Şurasının üzvləri Qum şəhərində keçirilən iclasda iştirak edirdi, lakin onlara rəsmi dəvət göndərilmədiyindən səsvermədə iştirak edə bilməyiblər. Həmin vaxt Heydari qeyd edib ki, formal olaraq kvorum təmin olunub — 88 üzvdən iki üçdən çoxu iştirak edib və Mücətəbə Xamenei iştirak edənlərin təxminən 85%-nin səsini qazanıb.

Buna baxmayaraq, müxalif mənbələr bildirir ki, proses İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) təzyiqi altında keçirilib və şəffaf olmayıb.

Onların məlumatına görə, bir sıra Ekspertlər Şurasının üzvləri səlahiyyətin faktiki olaraq irsi qaydada ötürülməsinə qarşı çıxmış, bu isə İran teokrasiyasının ənənələrinə zidd hesab olunur.

Aliyə
NOCOMMENT.az

Chosen
74
nocomment.az

1Sources