EN

Xameneinin oğlu ilə bağlı SENSASİYA: İranın idarəçiliyi onlara keçdi

İranın sabiq ali rəhbəri Ayətullah Seyid Əli Xameneinin oğlu Müctəba Xamenei ölkənin yeni ali rəhbəri seçilib. Bununla da o, islam inqilabından sonrakı dövrdə İran İslam Respublikasının üçüncü ali lideri olub.

Məlumatlara görə, qərar İran Ekspertlər Məclisinin qapalı iclasında keçirilən səsvermədən sonra qəbul edilib.

Globalinfo.az-a danışan politoloq Zeynal Əmrəliyev deyib ki, böyük Nadir şahın əsasını qoyduğu Məşhəd klanı bu dəfə də hakimiyyətini qoruyub saxlaya bildi:

"Müctəba Xameneinin İranın yeni ali rəhbəri seçilməsi hər şeydən əvvəl SEPAH-ın gücünün göstəricisidir. Çünki o, məhz SEPAH-ın namizədi kimi tanınırdı. Məsələn, qeyd edə bilərəm ki, onun dini təhsili yetərli deyil. O, dini mövzularda elmi iş də müdafiə etməyib. Bu isə çox mühüm məsələdir. Çünki ayətullah rütbəsi almaq üçün bu, zəruri sayılan şərtlərdən biridir.

Ona ayətullah rütbəsi 2022-ci ildə tamamilə siyasi qərar əsasında verilib. Əksər insanlar onu höccətülislam rütbəsində tanıyırlar. Bu faktorlar göstərir ki, fətva vermək səlahiyyətində olmayan bir şəxsin İranın başına gətirilməsi açıq şəkildə SEPAH-ın hakimiyyəti ələ alacağının göstəricisidir.

Bundan sonra İranda rejim və real hakimiyyət hərbçilərin əlində olacaq. Artıq İranı SEPAH generalları idarə edəcək. Beləliklə, demək olar ki, İranda teokratik-hərbi diktatura dövrü başlayır. Bu, həm də ABŞ və İsraillə qarşıdurmanın davam edəcəyi anlamına gəlir".

Turan Rzayev
Globalinfo.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Chosen
76
46
olaylar.az

10Sources