Senator Sandersin təklifi kağız üzərindəki sərvətlə real resurslar arasındakı fərqi üzə çıxarır.
Hafta.az xəbər verir ki, bu barədə washingtonpost.com yazır.
Bildirilir ki, dövlət xərcləri ilə bağlı əsas problem ondan ibarətdir ki, onların maliyyəsini təmin etmək lazımdır. Yeni proqramlar barədə insanlara onların faydaları izah ediləndə çox vaxt ictimai rəy sorğularında müsbət nəticə əldə edir. Lakin vergilərin artırılmasından söz düşəndə vəziyyət tamamilə dəyişir.
Bəs əgər böyük ideyalarınızı maliyyələşdirmək üçün könülsüz seçicilərdən vergi toplamağa ehtiyac olmasaydı necə? Məsələn, Elon Maskın sərvətinin 670 milyard dollardan artıq olduğu deyilir. Əgər dövlət bunun cəmi 5 faizini götürsəydi, səhiyyə, uşaq baxımı və yaşıl enerji üçün xərcləmək məqsədilə təxminən 34 milyard dollar əldə edə bilərdi, elə deyilmi? Üstəlik, ölkədə buna bənzər demək olar ki, minə yaxın milyarder var. Deməli, sərvət vergisini qəbul edib pul “toplarını” işə salmaq olar!
Arzu Zeynallı