EN

İranda Müctəba Xameneinin seçilməsi ilə bağlı şənliklər fonunda İsrail Kermanşaha zərbələr endirib VİDEO

Oxu.az portalından verilən məlumata görə, ain.az xəbər yayır.

İranda Müctəba Xameneinin yeni ali lider seçilməsi münasibətilə keçirilən küçə şənlikləri fonunda İsrail Hərbi Hava Qüvvələri Kermanşah şəhərində hava zərbələri endirir.

Oxu.Az-ın xəbərinə görə, bu barədə İsrailin "Yediot" "Telegram" kanalı videogörüntülər dərc edib.

Qeyd edək ki, İranın öldürülən sabiq ali lideri Əli Xameneinin ikinci oğlu Müctəba Xamenei ölkənin yeni ali lideri seçilib və bu gün yerli vaxtla saat 15:00-da (Bakı vaxtı ilə 15:30) o, sədaqət andı içəcək.

Xatırladaq ki, fevralın 28-də İsrailin müdafiə naziri İsrael Kats İsrail Müdafiə Qüvvələrinin İrana qabaqlayıcı zərbə endirdiyini açıqlayıb. Daha sonra ABŞ Prezidenti Donald Tramp ölkəsinin də İrana qarşı hərbi əməliyyatda iştirak etdiyini bildirib.

İran isə öz növbəsində İsrailə onlarla ballistik raket atıb. İsrail Müdafiə Qüvvələri atışları təsdiqləyib, ölkə daxilində sirenlər səslənib və hava hücumundan müdafiə sistemləri işə salınıb.

Martın 1-də İranın Ali Lideri Əli Xameneinin hücumlar zamanı öldürüldüyü bəyan olunub.

İran ABŞ-nin hərbi bazalarının yerləşdiyi qonşu ölkələrin əksəriyyətinə raket zərbələri endirib. Buna görə də həmin ölkələrdə hava məkanı müvəqqəti bağlanıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
67
oxu.az

1Sources