EN

Serbiya neft və yanacaq məhsullarının ixracını müvəqqəti qadağan edib » AzadMedia.az

Serbiya


Serbiya neft və yanacaq məhsullarının ixracını müvəqqəti qadağan edib

Serbiya hökuməti daxili bazarda mümkün yanacaq qıtlığının və qiymət artımının qarşısını almaq məqsədilə neft və neft məhsullarının ixracına müvəqqəti qadağa tətbiq edib.

Qərar hökumətin növbədənkənar iclasında qəbul olunub. Bu barədə ölkənin dağ-mədən və energetika naziri Dubravka Đedović‑Handanović məlumat verib.

Nazirin sözlərinə görə, məhdudiyyət dizel yanacağı, benzin və xam neftin bütün nəqliyyat vasitələri ilə ixracına şamil olunur və martın 19-dək qüvvədə olacaq.

“Qadağa dizel, benzin və neftin ixracına aiddir. Bu tədbirin məqsədi qlobal enerji bazarlarında baş verən sarsıntılar fonunda daxili bazarı qıtlıqdan və qiymət sıçrayışlarından qorumaqdır”, – deyə nazir bildirib.

O qeyd edib ki, Serbiyada vətəndaşlar neft məhsullarını birja qiymətlərindən daha ucuz alır və dövlət əhalini və iqtisadiyyatı qorumaq üçün bütün mümkün addımları atır.

Chosen
98
1
azadmedia.az

2Sources