Yazını böyüt
Yazını kiçilt
Samuxda bir neçə nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Qəza rayonun Sərkar kəndinin yaxınlığında qeydə alınıb.
Hafta.az xəbər verir ki, rayon sakini, 1991-ci il təvəllüdlü N.Məmmədov idarə etdiyi "Khazar" markalı minik maşını ilə hərəkətdə olan zaman avtomobil idarəetmədən çıxaraq aşıb.
Qəza zamanı sürücü və avtomobillin iki sərnişini xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Onlardan ikisinin vəziyyətinin kafi, sürücünün vəziyyətinin ağır olduğu bildirilir.
Hadisə yerinə DYP əməkdaşları cəlb edilib. Fakt araşdırılır.