Azərbaycan elminə ağır itki üz verib.
"Cebheinfo.az" xəbər verir ki, tarix elmləri doktoru, professor, etnoqraf Fəzail Vəliyev vəfat edib.
Onun ölüm sÉ™bÉ™bi açıqlanmayıb.Â
Qeyd edək ki, Fəzail Vəli İmranoğlu 30 avqust 1956-cı ildə Xanlar (indiki Göygöl) rayonunun Salahlı kəndində anadan olub. O, 1963-1973-cü illərdə həmin rayonun Poylu kənd orta məktəbində təhsil almışdır. 1975-ci ildə Azərbaycan Dövlət Universitetinin (indiki BDU) Tarix fakültəsinə daxil olur. 1980-ci ildə oranı bitirdikdən sonra təyinatla Kəlbəcər Rayon XalqMaarif Şöbəsinin sərəncamına göndərilən Fəzail Vəli İmranoğlu 1980-1982-ci illərdə rayonun Tatlar kəndində tarix müəllimi işləyib. 1983-cü ildən AMEA-da çalışırdı.
2015-ci ildə Prezident yanında Ali Attestasiya Komissiyasının qərarı ilə ona professor elmi adı verilib.
F.Vəliyev evli idi və iki övladı, dörd nəvəsi var.
"Cebheinfo.az"