GlobalInfo portalından verilən məlumata görə, ain.az xəbər yayır.
Rusiya Prezidenti Vldimir Putin Ayətullah Seyid Müctəba Hüseyni Xameneini İranın Ali rəhbəri seçilməsi münasibətilə təbrik edib.
Globalinfo.az xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb.
O, Rusiyanın İran İslam Respublikasının etibarlı tərəfdaşı olduğunu və belə qalacağını qeyd edib.
“İndi İran silahlı təcavüzlə üzləşdiyi bir vaxtda sizin bu yüksək vəzifədə çalışmağınız şübhəsiz ki, böyük cəsarət və fədakarlıq tələb edəcək.
Öz tərəfimdən Tehrana sarsılmaz dəstəyimizi və iranlı dostlarımızla həmrəyliyimizi bir daha təsdiqləmək istəyirəm. Rusiya İslam Respublikasının etibarlı tərəfdaşı olub və olacaq”, – deyə Putin vurğulayıb.
Qeyd edək ki, Müctəba Xamenei İranın fevralın 28-də öldürülən mərhum rəhbəri Ayətullah Əli Xameneinin oğludur. O, martın 8-də İranın Ali lideri seçilib.
Safura Bənnayeva
Globalinfo.az
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.