EN

SEPAH və İran ordusu: Müctəba Xameneiyə sadiqik

SEPAH və İran ordusu: Müctəba Xameneiyə sadiqik

İranda İnqilab Keşikçiləri Korpusu (SEPAH) və İran Ordusunun Ekspertlər Şurası tərəfindən ölkə rəhbəri məqamına seçilən Müctəba Xameneiyə sadiqliklərini ifadə edən mesajlar yayımladığı bildirilib.

AFN.az xəbər verir ki, "Fars" Xəbər Agentliyi İran Silahlı Qüvvələrinin Baş Qərargahı, İnqilab Keşikçiləri Korpusu və İran Ordusu tərəfindən verilən yazılı bəyanatları dərc edib. Ayrı-ayrılıqda yayımlanan açıqlamalarda İran silahlı qüvvələrinin yeni liderin komandanlığı altında ölkəni düşmənlərdən qorumağa davam edəcəyi vurğulanıb.

İranda yeni rəhbərin seçilməsinə məsul olan Ekspertlər Şurası Müctəba Xameneinin səs çoxluğu ilə ölkənin üçüncü ali rəhbəri seçildiyini elan etmişdi. Xatırladaq ki, ABŞ və İsrailin 28 fevraldakı hava hücumu nəticəsində ölkə rəhbəri Əli Xamenei öldürülmüş, yeni lider seçilənə qədər sözügedən məqamı müvəqqəti rəhbərlik şurası təmsil etmişdi.

Chosen
114
afn.az

1Sources