EN

ABŞ Səudiyyə Ərəbistanındakı səfirlik heyətinə ölkəni tərk etmək göstərişi verdi

ABŞ Səudiyyə Ərəbistanındakı səfirlik heyətinə ölkəni tərk etmək göstərişi verdi

ABŞ Dövlət Departamenti Səudiyyə Ərəbistanındakı səfirliyində təxirəsalınmaz işlərlə məşğul olmayan heyətə və onların ailə üzvlərinə təhlükəsizlik riskləri səbəbindən ölkədən ayrılmaq barədə təlimat göndərib.

AFN.az xəbər verir ki, ABŞ-ın Ər-Riyaddakı səfirliyindən verilən bəyanatda Dövlət Departamentinin diplomatik missiyaya yönəlmiş təhlükəsizlik xəbərdarlığı yer alıb. Açıqlamada nazirliyin Ər-Riyad səfirliyində kritik vəzifələrdə çalışmayan personal və ailələrinə mövcud risklərə görə ölkəni tərk etməyi əmr etdiyi qeyd olunub.

Xatırladaq ki, ABŞ Dövlət Departamenti hələ 3 mart tarixində Qətər, İordaniya, İraq, Bəhreyn və Küveytdəki dövlət xidmətində olan, lakin təxirəsalınmaz vəzifəsi olmayan işçilərinə də bənzər ayrılma göstərişi vermişdi. Bu addım regionda artan gərginlik fonunda diplomatların təhlükəsizliyini təmin etmək məqsədi daşıyır.

Chosen
95
afn.az

1Sources