EN

Türkiyə Şimali Kiprdə altı "F-16" yerləşdirdi

Türkiyə Şimali Kipr Türk Respublikasına (ŞKTR) altı F-16 qırıcı təyyarəsi və hava hücumundan müdafiə sistemi yerləşdirib .

Ölkə.az xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.

Nazirliyin məlumatında deyilir ki, son hadisələri nəzərə alaraq, bölgədə təhlükəsizliyin gücləndirilməsi üçün mərhələli planın bir hissəsi olaraq qüvvələrin yerləşdirilməsinə başlanılıb.

“Bu addım ŞKTC-nin mühafizə səviyyəsini əhəmiyyətli dərəcədə artıracaq. Proseslərin gedişatına uyğun qiymətləndirmələrdən sonra zəruri hesab edildiyi təqdirdə əlavə tədbirlər görüləcək".

“Militarnye” nəşrinin yazdığına görə, Türkiyə dünyanın ən böyük F-16 donanmalarından birinə malikdir və bu təxminən 260 təyyarədən ibarətdir.

Türkiyə Hərbi Hava Qüvvələri köhnə “Block 30”dan daha müasir “Block 50+”a qədər müxtəlif modifikasiyalı təyyarələr idarə edir. Türkiyə bu təyyarələrin əksəriyyətini ABŞ-ın lisenziyası ilə ölkə daxilində istehsal edir.

ABŞ ilə mürəkkəb münasibətlərinə görə Türkiyə öz qırıcı təyyarələrinin modernləşdirilməsi proqramını hazırlayıb. Bu proqram ölkənin qırıcılarını müstəqil şəkildə ən son "Block 70 Viper"ə yaxınlaşan səviyyəyə yüksəltməsinə imkan verir.

Mürtəza

Chosen
78
1
olke.az

2Sources