EN

Yanvar ayında Azərbaycanda kredit kartları ilə aparılan əməliyyatların sayı məlum olub

Bakı. Trend:

2026-cı ilin yanvar ayında Azərbaycanda kredit kartlarındanistifadə etməklə həyata keçirilən əməliyyatların sayı 12,439milyon, onların ümumi həcmi isə 647 milyon manat təşkil edib.

Trend bu barədəAzərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.

2025-ci ilin yanvar ayı ilə müqayisədə kredit kartları iləəməliyyatların sayı 1,449 milyon və ya 10,4% azalıb, onların ümumihəcmi isə 193 milyon manat və ya 23% geriləyib. 2025-ci ilin yanvarayında kredit kartları ilə əməliyyatların sayı 13,888 milyon,onların ümumi həcmi isə 840 milyon manat olub.

Qeyd edək ki, cari ilin yanvar ayına olan məlumata görə,Azərbaycanda bankların və “Azərpoçt” ASC-nin sistemləri vasitəsilədövriyyədə olan ödəniş kartlarının sayı əvvəlki ayla müqayisədə 176min artaraq 22 milyon 156 min ədəd təşkil edib.

2025-ci ilin müvafiq dövrü ilə müqayisədə bu göstərici 11%artıb.

Məqalədə:
Chosen
72
1
az.trend.az

4Sources