Macarıstanın Baş naziri Viktor Orban bildirib ki, hökumət ölkə daxilində enerji daşıyıcılarının qiymətlərinin artmasının qarşısını almaq üçün tədbirlər görmək məqsədilə martın 9-u təcili iclas keçirəcək.
"Cebheinfo.az" "Report"-a istinadən xəbər verir ki, o, bu barədə sosial şəbəkələrdə yazıb.
"Biz Macarıstanda qaz, neft və benzinin qiymətlərinin artmasının qarşısını almalıyıq. Bu məqsədlə mən bu gün axşam hökumətin təcili iclasını çağırıram", - Baş nazir qeyd edib.
"Cebheinfo.az"