EN

''Samsunspor''un prezidenti ağzını açıb gözünü yumdu - ''Fənər''lilər məndən üzr istəsin''

Superliqanın 25-ci turunda ''Fənərbaxça''nın ''Samsunspor''u 3:2 məğlub etdiyi qarşılaşmanın son anları çox gərgin keçdi.

"Football-plus.az" xəbər verir ki, ''Fənər'' fanatları ilə ''Samsunspor'' prezidenti Yüksəl Yıldırım arasında sözlü münaqişələr yaşandı.

Yıldırım əvvəlki illərdə məhz ''Fənər''lə oyunlardan öncə iddialı və qalmaqallı açıqlamaları ilə diqqət çəkirdi. Bu üzdən o, bu klubun fanatları arasında sevilmir. Sidiki Şerifin 90+5-ci dəqiqədə vurduğu qolun ardından tribunada yaşanan gərginlik təhlükəsizlik xidməti işçilərinin araya girməsi ilə sakitləşdi.

Yüksəl Yıldırım ənənəsinə sadiq qalaraq oyundan sonra yenə qalmaqallı açıqlamalar verdi:

''Əslində deyiləsi çox şey var. Amma dəyməz. Hakim ikinci hissədə bütün mübahisəli epizodlarda rəqibin lehinə qərarlar verdi. Bu ölkədə heç kim Anadolu klublarının İstanbuldan xalla dönməsini istəmir. ''Fənər''in üzərimizdə təzyiq quracağını bilirdik. 89-cu dəqiqəyə qədər yaxşı müdafiə olunduq. 89-cu dəqiqədə ''ofsaytımsı'' bir qol buraxdıq. 3-cü buraxdığımız qola gəlincə, ilk dövrədə bizim ''Fənər'' eyni tərzdə vurduğumuz qol ofsayd üzündən sayılmamışdı. Amma onların vurduğu qol sayıldı və uduzduq. Məğlubiyyətə layiq deyildik. Ən azı 2:2 olmalı idi. Amma şəxsi fikrim belədi ki, 4:2 qalib gəlməli idik. Fürsətləri əldən verdik. Sağlıq olsun. Eşitdiyimə görə fasilədə ''Fənər''li oyunçular hakimin boğazına sarılıblar. Öz gözümlə görmədim. Qulağıma çatan məlumatı deyirəm. Sadəttin Sarana təşəkkür edirəm. Mənə edilən söyüş və təhqirlərdən sonra yanıma gələrək mənə dəstək verdi. Görünür, bəzi ''Fənər''lilər ''Samsunspor''un belə yaxşı oynamasını qəbul edə bilmədilər. Bir azarkeş mənə ''sən oyun satırsan, ''Qalatasaray''a qarşı belə oynamırsan, get, onlara qarşı da belə oyna'' dedi. Bu sözləri eşidən kimi əsəblərimə hakim ola bilmədim. Açıq etiraf edirəm ki, həmin şəxsəbarmaq salladım və söydüm. ''Fənərbaxça''nın neçə ildi, ''Qalatasaray''ın önünə keçə bilməməsi mənim günahımdımı? Bu həftə Konfrans Liqasında çox önəmli bir matçımız var. Baş məşqçi həmin oyunu düşünərək ikinci hissədə bəzi əsas futbolçuları əvəzlədi. Avropada oyunumuz olmasaydı, bu gün ''Fənər''in içindən keçərdik! Fanatlar mənə söylədikləri sözləri geri götürsün və məndən üzr istəsinlər''.
Chosen
110
1
football-plus.az

2Sources