EN

"Samsunspor"un prezidentindən "Fənərbağça"ya sərt sözlər - ƏTRAFLI

“‘Samsunspor’”un prezidenti Yüksel Yıldırım komandasının “’Fənərbağça’”ya qarşı oyunundan sonra açıqlama verib.

Fanat.Az xəbər verir ki, klub rəhbəri "Beyaz TV" kanalına açıqlamasında məğlubiyyətin səbəbi kimi sıx oyun təqvimini göstərib.

Yıldırım bildirib: “Düşünürəm ki, oyunu Avropa matçımız olduğu üçün uduzduq. Əgər cümə axşamı Avropa oyunumuz olmasaydı, ‘Fənərbağça’nın içindən keçərdik.”

O qeyd edib ki, komanda martın 12-si keçiriləcək "Rayo Valekano" qarşılaşmasına hazırlaşdığı üçün futbolçular fiziki baxımdan tam hazır vəziyyətdə deyildilər. Klub prezidenti buna baxmayaraq, “’Samsunspor’”un meydanda yaxşı mübarizə apardığını vurğulayıb.

Xatırladaq ki, dünən keçirilən qarşılaşmada “’Samsunspor’” səfərdə “’Fənərbağça’”ya 3:2 hesabı ilə məğlub olub.

.

Chosen
42
1
fanat.az

2Sources