EN

O da "milyarder bunkeri" adasında torpaq aldı - FOTO

Amerikalı milyarder və "Amazon"un qurucusu Cef Bezos "milyarder bunkeri" kimi tanınan Florida adasında bir neçə torpaq sahəsi alıb. 

Ölkə.Az "RİA Novosti"yə istinadən xəbər verir ki, torpaq sahələrinin ümumi dəyəri 339 milyon dollardır. Bezosun torpaq sahələrindən üçü "Meta Platforms Inc."in qurucusu Mark Zukerberqin torpaq sahələrinin yaxınlığında yerləşir.

Bezosun Mayami Çimərliyinin şimalında yerləşən Biskeyn körfəzindəki özəl ada olan "Indian Creek"də dörd torpaq sahəsi aldığı bildirilir. O, torpaq sahələrini 2023-cü ilin ortaları ilə 2025-ci ilin iyun ayları arasında əldə edib. Torpaq sahələrindən üçünün ümumi sahəsi təxminən 26.000 kvadrat metrdir.

Bezosun "Palm Trust" və "Cape Trust" fondları vasitəsilə dəyəri 147 milyon dollar olan daha iki torpaq sahəsi var. O, vasitəçilər şəbəkəsi vasitəsilə 105 milyon dollarlıq torpaq sahəsi ilə əlaqələndirilir.

Chosen
92
2
olke.az

3Sources