Marmara Həbsxana Kompleksində keçirilən dinləmədən sonra məhkəmə heyəti ilə bağlı verdiyi açıqlamalara görə CHP lideri Özgür Özel haqqında istintaq başlanıb.
NOCOMMENT.az xəbər verir ki, istintaqı İstanbul 40-cı Ağır Cəza Məhkəməsi başladıb.
Prokurorluq tərəfindən başlanan istintaq Türkiyə Cinayət Məcəlləsinin 125/1, 2, 3-a, 4 və 5-ci maddələri ilə “təhqir” ittihamı ilə aparılacaq.
Hadisə ilə bağlı hüquqi prosesin davam etdiyi bildirilib. /unikal/