
Unudulmuş baqajdan samuray qılıncı və robot tapılıb
2025-ci ildə hava limanlarında milyonlarla əşya unudulub. Onların arasında nadir, bahalı və hətta tarixi əşyalar da var. Bu barədə ABŞ-da unudulmuş baqajların satışı ilə məşğul olan Unclaimed Baggage şirkətinin illik hesabatında bildirilir.
Şirkət qeyd edir ki, itirilən çamadanların təxminən 99,9 faizi sahiblərinə qaytarılır, lakin geri qaytarılmayan nadir əşyalar ABŞ-ın Alabama ştatındakı mağazada satışa çıxarılır.
Hesabata görə, ən qeyri-adi tapıntılar arasında tam yığılmış robot, samuray qılıncı, ağ brilyant qaşlı sırğalar və İkinci Dünya müharibəsi dövrünə aid gödəkçə yer alıb.
Ən qəribə tapıntıların ilk onluğu
robot
bionik diz oynağı
qızıl diş “grill”ləri
meteorit
“fire poi” (odla edilən şou rekviziti)
təmiz qızıl külçə
samuray qılıncları dəsti
arıçı kostyumu
qızıl örtüklü qolf çubuqları
Ən bahalı tapıntılar
ağ brilyant qaşlı sırğalar – təxminən 43 min dollar
Rolex markalı polad və qızıl korpuslu saat – təxminən 35 min dollar
Tosca kontrabas – təxminən 17,5 min dollar
Balenciaga dəri gödəkçəsi – təxminən 12,5 min dollar
termal kamera – təxminən 12 min dollar
Bundan başqa, unudulmuş əşyalar arasında maral müqəvvası, qurbağa formasında çanta, müharibədən əvvəlki dövrə aid süngü, nəhəng yumşaq oyuncaq qaz, skelet maketi, siçan zəhəri ilə dolu çamadan və lələkdən hazırlanmış papyon da tapılıb.
Hesabatda həmçinin kolleksiya oyuncaqları, nadir musiqi alətləri, sikkələr və texnoloji əşyalar da qeyd olunub. Onların arasında XX əsrin əvvəllərinə aid telefon-şamdan da var.