EN

JIVA nın Avroviziya 2026 üçün mahnısı və klipi təqdim olunub VİDEO

Oxu.az saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Azərbaycanı "Avroviziya 2026" Beynəlxalq Mahnı Müsabiqəsində təmsil edəcək JIVA-nın "Just Go" adlı mahnısı və onun rəsmi musiqi videosu ictimaiyyətə təqdim olunub.

Oxu.Az xəbər verir ki, "Just Go" - sevgi, kədər və daxili güc haqqında emosional balladadır. Mahnı münasibətlərdə yaşanan məyusluqdan sonra insanın özünü yenidən tapması və həyatında yeni bir səhifə açması ideyasını əks etdirir. Kompozisiyada JIVA-nın güclü vokal imkanları və emosional ifası xüsusi şəkildə ön plana çıxır.

JIVA-nın "Avroviziya 2026" üçün mahnısı və klipi təqdim olunub - VİDEO

Mahnının söz və musiqisinin müəllifi azərbaycanlı və amerikalı bəstəkar Fuad Cavadovdur. O, uzun illərdir həm Azərbaycanda, həm də ABŞ-də müxtəlif musiqi layihələrində fəaliyyət göstərən bəstəkar və prodüserdir. Mahnının rəsmi musiqi videosunun rejissoru isə Fərhad Əlidir.

Fuad Cavadov 1961-ci ildə Bakıda anadan olub. O, Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasında təhsil alıb. 1995-ci ildən etibarən ABŞ-də yaşayan bəstəkar beş musiqi albomu buraxıb, həmçinin film və televiziya layihələri üçün musiqilər bəstələyib. Hazırda Los-Ancelesdə yaşayır və yaradıcılıq fəaliyyətini davam etdirir.

Xatırladaq ki, JIVA Azərbaycanın "Avroviziya 2026" Beynəlxalq Mahnı Müsabiqəsində təmsilçisi kimi bu yaxınlarda elan olunub. Qeyd edək ki, 70-ci "Avroviziya" Beynəlxalq Mahnı Müsabiqəsi Avstriyanın paytaxtı Vyanada keçiriləcək. Yarışmanın birinci yarımfinalı 12 may, ikinci yarımfinalı 14 may, böyük final isə 16 may 2026-cı il tarixində baş tutacaq.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
40
20
oxu.az

10Sources