EN

Azərbaycanda bu şəxslərin maaşı artırılır

Hərbçilərə tutduqları vəzifəyə və hərbi rütbələrə görə verilən ödənişlərin məbləğinin artırılması təklif olunur.

Publika.az xəbər verir ki, İnsan hüquqları üzrə müvəkkilin (ombudsmanın) 2025-ci il üzrə məruzəsində qeyd olunub ki, hərbi qulluqçuların pul təminatının artırılması, həmçinin mənzil kirayəsi üçün verilən kompensasiyanın məbləğinin yüksəldilməsi məqsədəuyğun hesab edilir. Bununla bağlı məsələ Milli Məclisin İnsan hüquqları komitəsinin iclasında müzakirəyə çıxarılıb.

Məsələ ilə bağlı hərbi ekspert Emin Həsənli Oxu24.com-a bildirib ki, Azərbaycan dövləti hər zaman hərbçilərə xüsusi diqqət və qayğı ilə yanaşır:

"20 ildən artıq qüsursuz xidmət edən hərbçilər mənzillə təmin edilirlər. İpoteka güzəştlərində birinci yerdə hərbçilərdir, şəhid ailələridir, müharibə əlilləridir.

Şəhid ailələrinə və müharibə əlillərinə də mənzillər verilir, müharibə əlillərinə avtomobillər verilir, onlara Prezident təqaüdü verilir. Hərbçilərin, eyni zamanda, uzun müddət yığılıb qalan məzuniyyət pulları verildi və hesab edirəm ki, ərzaq təminatı pullarıdır ki, 2013-cü ildən bəri qalır, o, da veriləcəkdir.

Chosen
104
12
publika.az

10Sources