EN

Gəncədə 2 maşın toqquşdu 7 nəfər xəstəxanaya aparıldı

Bizim media portalından alınan məlumata görə, ain.az xəbər verir.

Gəncədə 7 nəfərin xəsarəti ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Bizim.Media-nın yerli bürosunun məlumatına görə, şəhər ərazisində hərəkətdə olan "VAZ 21010" ilə "Hyundai" markalı minik avtomobilləri toqquşub. Qəza zamanı 2006-cı il təvəllüdlü A.Rəhimov, 2007-ci il təvəllüdlü İ.Yusibov, 2009-cu il təvəllüdlü Ə.Bağırov, 2009-cu il təvəllüdlü N.Musazadə,  2011-ci il təvəllüdlü A.Musazadə, 1975-ci il təvəllüdlü A.Musazadə və 1977-ci il təvəllüdlü V. Həsənova müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdiriliblər. Onlara ilkin tibbi yardım göstərilib, bəzilərinin  vəziyyətinin orta-ağır olduğu bildirilir. Faktla bağlı araşdırma aparılır.

Məqsəd Rəhimov, Bizim.Media, Qərb Bürosu

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
61
1
bizim.media

2Sources