EN

Rəşad Sadıqov: “Belə oyunlar olur”

ain.az xəbər verir, Apasport saytına əsaslanaraq.

Misli Premyer Liqasının XXIII turunda "Zirə" "Kəpəz"lə qarşılaşıb - 2:2.

Apasport.az xəbər verir ki, matçdan sonra "qartallar"ın baş məşqçisi Rəşad Sadıqovun mətbuat konfransı keçirilib.

"Oyun bizim üçün çox yaxşı başladı, erkən qol vurduq. Birinci hissədə qol epizodlarımız var idi. Bunlardan istifadə edə bilmədik. Rəqib isə standart vəziyyətdən fərqləndi. İkinci hissəyə fəal başladıq. Yenə standart vəziyyətdən qol buraxdıq. Bundan sonra çoxsaylı hücumlar etdik. Oyuna nəzarət edən tərəf biz idik. Rəqib hesabda öndə olduğu üçün daha çox müdafiəyə diqqət yetirirdi. Son dəqiqələrdə künc zərbəsindən qol vurub 1 xal qazandıq. Mövsüm ərzində belə oyunlar olur. Hər iki qol standart vəziyyətdən oldu. Matçdan öncə bu haqda danışmışdıq. Son vaxtlar çempionatımızda belə qollar çox olur. Bu qədər çətinliyə baxmayaraq 1 xal da yaxşı nəticədir".

- Ümumən oyuna baxsaq, "Zirə" bu gün 1 xal qazandı, yoxsa 2 xal itirdi?

- Oyundan əvvəl təbii olaraq hamımız 3 xala köklənmişdik. Amma gedişat elə idi ki, 1 xal qazandıq.

- "Kəpəz" azarkeşləri matçın sonlarında sizin ünvanınıza şüarlar səsləndirirdilər. Buna münasibətiniz necədir?

- Eşitmirdim, maraqlı deyil. Bircə onu deyə bilərəm ki, Premyer Liqada 2 komanda çempionluğa oynayır, 5 komanda avrokuboklara vəsiqə uğrunda mübarizə aparır. O 5 komandanın arasında yerli məşqçi bircə mənəm. Digərləri adlı-sanlı əcnəbi mütəxəssislərdir. Sadəcə olaraq bunu qeyd etmək istəyirəm.

Qurban Qurbanov: "Sabah"ın çempionluq şansı daha çoxdur”

Andrey Demçenko: “Nəticəyə görə futbolçular cərimələnəcək, rəhbərliyin göstərişidir”

“Neftçi”də yeni təyinat

“Qarabağ” “Araz”ı meydana çıxmağa peşman etdi - YENİLƏNİB

Ayxan Abbasov: “Bu məsələlər rəhbərliklə müzakirə olunmur”

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
72
6
apasport.az

7Sources