EN

Okan "Liverpul"dan danışdı:

"Qalatasaray"ın baş məşqçisi Okan Buruk sabah "Liverpul"la oynayacaqları matçla bağlı fikirlərini bölüşüb. Təcrübəli mütəxəssis rəqibin Avropanın ən güclü komandalarından biri olduğunu deyib. Metbuat.az xəbər verir ki, türkiyəli məşqçi "Liverpul"u hərtərəfli təhlil etdiklərini vurğulayıb. O, yetirmələrinin güclü rəqibə qarşı daha yaxşı oynadığını qeyd edib: "Sözsüz ki, rəqib çox təhlükəlidir. Doxsan dəqiqə sürətli oyun nümayiş etdirməyi bacarır. Beş uzunboylu oyunçuları var. Bu, onlara hava toplarında üstünlük qazandırır. Həmçinin "Liverpul"da sərbəst vuruşları dəqiqliklə yerinə yetirən oyunçular var. Rəqibin əl-qolunu bağlamaq üçün tədbirlər görmüşük".Mütəxəssis əsas heyətdə təmsil olunan 7 oyunçusunun sarı kart alacağı təqdirdə növbəti matçı buraxacaqlarını xatırladıb: "Buna görə də çox diqqətli olmalıyıq".


Chosen
91
11
metbuat.az

10Sources