İran ABŞ və İsrail obyektlərinə superağır raketlərlə zərbələr endirib.
BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, bu barədə İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) məlumat yayıb.
"Silahlı Qüvvələrin Ali Baş Komandanı Ayətullah Müctəba Xameneiyə həsr olunmuş "Həqiqi vəd - 4" əməliyyatının 31-ci dalğasında güclü superağır raketlərlə ABŞ-İsrail obyektlərinə zərbələr endirilib", - deyə məlumatda qeyd edilib.
Zərbələrin hədəfi olan obyektlərin yeri barədə məlumat verilmir.