ain.az, Moderator.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Macarıstanın Kiyevdəki səfiri Antal Qeyzer Ukraynanın Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb və "Oşadbank"ının inkassatorlarının Budapeştdə saxlanılması ilə əlaqədar ona etiraz bildirilib.
Moderator.az xəbər verir ki, bu barədə Ukrayna xarici siyasət idarəsinin saytındakı məlumatda deyilir.
Qeyd olunub ki, Ukrayna vətəndaşlarına qarşı hədə-qorxu və psixoloji təzyiq tədbirlərinin, eləcə də həddindən artıq gücün tətbiqinin qəbuledilməzliyi barədə mövqe Macarıstan tərəfinin diqqətinə çatdırılıb.
İdarə həmçinin hakim "FİDES - Macarıstan Vətəndaş İttifaqı" partiyasının fraksiya rəhbəri Mate Koçişin "Oşadbank"dan götürülmüş vəsaitlərin 60 gün müddətinə dondurulması ilə bağlı qanunvericilik təşəbbüsü barədə məlumat istəyib.
Qeyd edək ki, Ukrayna XİN martın 9-da dərc etdiyi şərhdə Macarıstanda saxlanılan bank əməkdaşlarının gözləri bağlı vəziyyətdə daşındığını və 28 saat qandallı saxlanıldığını, tutularkən götürülmüş şəxsi əşyaların bir hissəsinin isə qaytarılmadığını iddia edib. Onlara həmçinin üç il müddətinə Şengen zonasına giriş qadağan olunub.
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.