EN

Amerikalı konqresmen müsəlmanları hədələdi

ABŞ-da müsəlmanlar əleyhinə daha bir qalmaqallı çağırış səslənib. Belə ki, Respublikaçı konqresmen Endi Oqles müsəlmanlar və immiqrasiya ilə bağlı sərt açıqlama ilə çıxış edib. E.Oqles bildirib ki, müsəlman ölkələrindən ABŞ-a immiqrasiya təhlükə yaradır. Konqresmenin sözlərinə görə, müsəlmanlar Amerika cəmiyyətinin bir hissəsi hesab edilə bilməz və plüralizm ideyası reallığı əks etdirmir.

“Müsəlmanlar Amerika cəmiyyətinə aid deyil. Müsəlman ölkələrindən immiqrasiya Amerika üçün təhdiddir. Plüralizm yalandır”, – deyə E. Oqles bildirib.

Mətləb

Chosen
69
sia.az

1Sources