EN

İsrail ordusu İran tərəfindən növbəti raket atəşinin qeydə alındığını açıqlayıb

BAKI, 10 mart. TELEQRAF

İsrail ordusu İran tərəfindən ölkə ərazisinə doğru növbəti raket atəşinin həyata keçirildiyini bildirib.

Teleqraf xəbər verir ki, bu barədə İsrail Müdafiə Ordusunun mətbuat xidməti məlumat yayıb.

Açıqlamada qeyd olunub ki, İran ərazisindən İsrail istiqamətində raketlərin buraxılışı qeydə alınıb.

Bildirilib ki, hava hücumundan müdafiə sistemləri raketlərin qarşısını almaq üçün dərhal işə başlayıb və hədəflərin ələ keçirilməsi istiqamətində tədbirlər görülür..

Chosen
77
teleqraf.com

1Sources